Avropa
Meloni Müxendəki konfransda iştirakdan imtina edib görün hara getdi
İtaliyanın Baş naziri Giorgia Meloni Münxen Təhlükəsizlik Konfransında iştirak etmək əvəzinə Afrikaya səyahət etməyi seçib.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti məlumat yayıb.
Mövcud məlumatlara görə, Meloninin Münxendəki tədbirdə iştirakdan imtina etməsi onun Avropa ilə ABŞ arasındakı mövcud fikir ayrılıqları məsələsində Almaniya kantsleri Fridrix Mers ilə razılaşmaması ilə bağlıdır. Nəşr vurğulayır ki, Meloni "Qərbin birliyini" qorumaq naminə, imkan düşdükcə bütün anlaşılmazlıqları aradan qaldırmağa çalışır.
"Avropa liderlərinin əksəriyyəti Ukrayna məsələsi və Aİ ilə ABŞ arasındakı mürəkkəb münasibətlərin müzakirəsinə diqqət yetirdiyi bir vaxtda, İtaliya hökumətinin başçısı Bavariyadakı görüş yerindən yeddi min kilometrdən çox uzağa yollanır", - deyə nəşr sitat gətirir.
"La Repubblica" həmçinin qeyd edir ki, Meloni fevralın 19-da ABŞ-da keçiriləcək "Sülh Şurası"nın iclasına iştirakla bağlı Vaşinqtona mümkün səfərini gözləyərək, Merts, ABŞ və Ukrayna ilə bağlı şərhlərdən qəsdən qaçır.
Hüseyn İbadlı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!




































