Avropa
Kallas məyus oldu - Onunla görüşmədən yola düşdülər
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa İttifaqı ölkələrinin nazirləri ilə görüşü ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə "Politico" bu barədə üç rəsmiyə istinadən məlumat yayıb.
Aİ xarici işlər nazirlərinin əksəriyyəti Münhen Konfransından sonra dərhal yola düşub. Bu da Kallasın onlarla təşkil etmək istədiyi qeyri-rəsmi görüşün ləğv olunması ilə nəticələnib.
Nəşr bildirir ki, "Kallas ötən il oxşar görüş təşkil etmişdi və diplomatların sözlərinə görə, bu, Münhendə olmayan nazirlərlə müəyyən gərginliyə səbəb olub".
Bir mənbə qeyd edib ki, bu il heç bir fikir ayrılığı olmayıb, lakin təşkilati məsələlər ortaya çıxıb.
Yanvar ayında Kallas bildirmişdi ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə idarələrarası fikir ayrılıqları səbəbindən münaqişəsi olub, lakin bu, onların şəxsi münasibətlərinə təsir etməyib.
Ləman
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)










