Avropa
Zelenski Putinlə bu şəhərdə görüş təyin etdi
Ukrayna Prezidenti Volodimir Zelenski öz komandasına Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb.
Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
"Zelenski bir daha vurğulayıb ki, ərazi məsələsində irəliləyişə nail olmağın ən yaxşı yolu Putinlə şəxsi görüşdür. O, komandasına Cenevrədə liderlər səviyyəsində görüş təşkil etməyi tapşırdığını bildirib", — deyə materialda qeyd olunur.
Kremldən dəfələrlə bəyan ediblər ki, əgər Zelenski Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək istəyirsə, bunun üçün o, Moskvaya gəlməlidir. Yanvarın 28-də bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat versə də, Zelenski Rusiya paytaxtına gəlməkdən imtina edib.
Həmçinin Zelenski "Axios"a müsahibəsində bildirib ki, Ukrayna qoşunlarını Donbasdan yalnız Rusiya qüvvələrinin analoji geri çəkilməsi şərtilə çıxarmağa hazırdır. O, ərazilərin statusu məsələsinin referenduma çıxarılmasını mümkün hesab edib və qeyd edib ki, cəbhə xəttinin olduğu kimi dondurulması variantı Ukrayna cəmiyyətində dəstək qazana bilər.
Hüseyn İbadlı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)










