Avropa
Avropa ölkəsindən Zelenskiyə sərt cavab: Yalandır, bizi yox, özünüzü qoruyursunuz
Macarıstan Ukrayna Prezidenti Vladimir Zelenskinin ukraynalıların bu gün döyüş meydanında Avropanı müdafiə etdikləri barədə açıqlamalarını yalan hesab edir.
Publika.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN Türk-ə verdiyi müsahibədə bildirib.
Diplomat vurğulayıb ki, Avropa ölkələri Ukraynada baş verənlərə görə heç bir məsuliyyət daşımır.
Siyarto xatırladıb ki, Avropa ölkələrinə müdafiəsini Ukrayna deyil, NATO təmin edir: Ukrayna özü üçün mübarizə aparır. Xarici işlər naziri həmçinin qeyd edib ki, Macarıstan Rusiyanın hücumu başlayandan bəri Kiyevə heç vaxt silah verməyib.
Fevralın 16-da Siyarto Budapeştin Ukraynadakı münaqişənin həlli üçün sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu elan etdi. O xatırlatdı ki, Macarıstan ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli üçün sülh səylərini lap əvvəldən dəstəkləyən yeganə Avropa ölkəsidir.
Tural
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)










