Avropa
Orban Ukraynanı zülmətə qərq etməklə hədələdi
Əgər Ukrayna “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin tranzitini yenidən bərpa etməzsə, Macarıstan Ukraynaya elektrik enerjisinin verilməsini dayandıra bilər.
Publika.az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərində keçirilən mitinqdə səsləndirib.
Orban qeyd edib ki, Budapeştin bir neçə ay üçün kifayət edəcək neft ehtiyatı mövcuddur. Bununla belə, tədarükün dayandırılması halında Kiyevə qarşı cavab addımlarının atılacağını bildirib.
“Bu asan məsələ deyil. Elektrik enerjisinin verilişini dayandırsaq, arzuolunmaz nəticələr yarana bilər. Slovaklar da bunu mümkün variant kimi qiymətləndiriblər. Buna görə addımlarımızı Slovakiya ilə uzlaşdırırıq və zərurət yaranarsa, belə bir qərar verəcəyik”, – deyə Orban vurğulayıb.
Xatırladaq ki, bu gün Slovakiyanın Baş naziri Robert Fitso da bildirib ki, əgər Kiyev ölkəyə neft nəqlini bərpa etməzsə, fevralın 23-dən etibarən Ukraynaya elektrik enerjisinin tədarükü dayandırılacaq.
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı















.jpg)












.jpg)









