Avropa
Macarıstan Aİ-nin sanksiyalarını bloklaya bilər
Macarıstan Hökuməti enerji məsələləri ilə bağlı yeni açıqlama yayıb.
Publika.az xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Rusiyaya qarşı Avropa İttifaqının növbəti sanksiyalar paketini bloklaya bilər. Bunun səbəbi Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə Macarıstana neft nəqlinin dayandırılmasıdır.
Nazirin sözlərinə görə, Ukrayna Macarıstana neft tranzitini bərpa etməyənə qədər Budapeşt Kiyevin maraqları üçün vacib qərarların qəbulunu dəstəkləməyəcək. Bu mövqe ölkənin Enerji Təhlükəsizliyi Şurasının iclasından sonra açıqlanıb. Məlumata görə, Rusiya neftinin Macarıstana və Slovakiyaya tədarükü yanvarın sonunda dayandırılıb və bu, regionda enerji təhlükəsizliyi ilə bağlı gərginliyi artırıb.
Macarıstan Hökuməti hesab edir ki, tranzitin bərpası ölkənin enerji təminatı üçün vacibdir. Məsələ Avropa İttifaqında da müzakirə olunur və yaxın günlərdə diplomatik danışıqların davam edəcəyi gözlənilir.
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı















.jpg)












.jpg)









