Avropa
"Epşteyn işi" kral ailəsində qalmaqal yaratdı: 20 illik uçuş sirri yoxa çıxıb
Keçmiş şahzadə Endryu ilə Ceffri Epşteyn arasında əlaqələri araşdıran britaniyalı müstəntiqlər mühüm sənədlərin məhv edildiyini aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Bildirilir ki, söhbət təxminən 20 il əvvələ aid uçuş qeydlərindən gedir. Həmin sənədlər Epşteyn və onun ətrafının Böyük Britaniyaya mümkün səfərləri ilə bağlı ola bilərdi. İddialara görə, Kral III Çarlzın qardaşı Endryu maliyyəçi ilə görüşmək üçün hərbi təyyarələrdən istifadə edib. Lakin Kral Hərbi Hava Qüvvələri sərnişin siyahılarını cəmi üç ay müddətində saxlayır, daha sonra isə bu məlumatlar məhv edilir. Qeyd olunur ki, nəticədə istintaq üçün əhəmiyyətli ola biləcək məlumatların bir hissəsi itirilib və onları təsdiqləmək və ya təkzib etmək faktiki olaraq mümkün deyil.
Hərbi reyslərdən fərqli olaraq, kommersiya aviaşirkətləri sərnişin məlumatlarını yeddi ilədək saxlayır ki, bu da alternativ mənbələr vasitəsilə bəzi məlumatların əldə olunması imkanını yaradır.
Xatırladaq ki, fevralın 19-da Kral III Çarlzın kiçik qardaşı Norfolkdakı Sandrinqem malikanəsi ərazisində saxlanılıb. O, 2025-ci ilin oktyabrında kral titullarından məhrum edilib. Epşteyn işi üzrə sənədlərin əsas hissəsi açıqlanmamışdan əvvəl keçmiş şahzadə Kral Lojasını tərk edərək Norfolka köçüb.
Saxlanılmasından sonra Endryunun ömürlük həbs cəzası ala biləcəyi barədə iddialar yayılıb. Hüquq-mühafizə orqanları isə onun dövlət vəzifəsində mümkün qeyri-qanuni davranışla bağlı şübhələr əsasında saxlanıldığını bildiriblər.
Adəm
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı

























.jpg)












