Avropa
Zelenski ikinci müddətə namizəd olacaq? - Şərtləri açıqladı
Əgər seçkilərin vaxtına qədər Rusiya ilə müharibə başa çatmasa, Ukrayna Prezidenti Volodimir Zelenski ikinci müddətə namizədliyini irəli sürəcək.
Publika.az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.
"Seçki məsələsini qaldıran hər kəsə deyirəm: baxın, mən dərhal hazıram. Seçkilərin təhlükəsizliyini təmin edin, həmin dövrdə atəşkəsi təmin edin. Vəssalam", - deyə Zelenski bəyan edib.
Ukrayna Prezidentinin sözlərinə görə, əgər danışıqlar nəticəsində iki aylıq atəşkəs əldə olunarsa, seçkilərin keçirilməsi tamamilə mümkündür.
"Hələlik mən bu birinci prezidentlik müddəti daxilində qalıram, bu, mənim şəxsi seçimim deyil. O, sadəcə olaraq müharibə səbəbindən uzadılıb. Namizədliyimi irəli sürüb-sürməyəcəyimi bilmirəm. Əgər müharibə davam edərsə, bəli, şübhəsiz", - deyən dövlət başçısı əlavə edib ki, əgər sülh olarsa, bəlkə də namizədliyini verməz.
Ukraynada seçkilər mövzusu aktiv şəkildə müzakirə olunmağa başlanıb. "Reuters"in məlumatına görə, Kiyev və Vaşinqton hələ bu ilin mart ayında Rusiya ilə mümkün sülh sazişi ətrafında müzakirələr aparıblar. Üstəlik, bəzi məlumatlara görə, may ayında prezident seçkiləri və referendumun keçirilməsi nəzərdə tutulur.
Hüseyn İbadlı
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
























.jpg)









