Avropa
Rumıniyadakı məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar olunacaq - FOTO
Buxarestdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olaunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, Rumıniya Parlamentinin deputatları, siyasi-ictimai, elm və mədəniyyət xadimləri, habelə Rumıniyadakı Azərbaycan, tatar vı türk icmalarının üzvləri, iş adamları iştirak ediblər.
Tədbirin əvvəlində mərasim iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib. O, soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb. Səfir bildirmişdir ki, hazırda Xocalı və digər azad edilmiş ərazilərin bərpası və buraya əzəli sakinlərin qayıtması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin o, soyqırımının günahkarlarının bir qisminin Azərbaycanda qanun qarşısında layiq olduqları cəzanı aldiqlarını, məsuliyyətdən müvəqqəti yayınanların isə bir gün erməni xalqı və Ermənistan rəhbərliyi tərəfindən cəzalandırılacağına inandığını ifadə edib. Cari ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirən Q.Osmanov Cənubi Qafqazın Şərq və Qərb arasında nəqliyyat qovşağına çevriləcəyini vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan ölkəsinin Azərbaycana qeyd-şərtsiz dəstəyinin bundan sonra da davam edəcəyini, 44 günlük Vətən müharibəsindəki zəfər sayəsində Qafqazın artıq müharibələr deyil, sülh regionuna çevrildyini vurğulayıb.
Rumıniya Parlamentinin deputatı Amet Varol çıxışında Qarabağa səfərindən, Xocalı və Şuşaya ziyarətindən bəhs edib, Xocalı qurbanlarının ailələrinə başsağlığı verib. O, Rumıniyanın regionda əsas müttəfiqinin Azərbaycan olduğunu qeyd edib və ölkəsinin regionda sülh və sabitlikdə maraqlı olduğunu nəzərə çatdırıb.
Rumıniya Müsəlmanlarının müftisi Yusuf Murat Xocalı soyqırımının günahsız qurbanlarınn xatirəsinə dualar oxuyub, eyni zamanda bu həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı şəhidlərinin ruhuna duaların olunacağını açıqlayıb.
Rumıniyanın Azərbaycandakı ilk səfiri, professor Tasin Cemil qaçqın düşərgələri ilə tanışlığından və acı xatirələrindən bəhs edib, dünyanın həmin vaxt ölkəmizdə baş verən faciəyə, 1 milyon qaçqın və məcburi köçkünün taleyinə biganə qaldığını qeyd edib.
Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində təkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc adlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub, həmçnin tədbir iştirakçılarına soyqırımına və ölkəmizdəki mina probleminə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib.
Daha sonra mərasim iştirakçıları üçün xüsusi olaraq Azərbaycandan gətirilmiş milli şirniyyatlardan ibarət ehsan süfrəsi açılıb.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
























.jpg)









