Avropa
Aİ Belarusa qarşı sanksiyaları daha bir il uzatdı
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.
Publika.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris "X" sosial şəbəkəsində bildirib.
Budris qeyd edib ki, Vilnüs Aİ-nin sanksiyaların uzadılması ilə bağlı kollektiv qərarını alqışlayır.
Aİ insan hüquqlarının pozulması və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyinə görə 2015-ci ildən bəri Belarusa qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. Genişmiqyaslı iqtisadi və fərdi məhdudiyyətlər kompleksinə ölkə rəhbərliyinə qarşı məhdudiyyətlər, həmçinin kalium, neft məhsulları, ağac idxalına qadağa, bank sektorunda məhdudiyyətlər, texnologiya və ikili təyinatlı malların ixracına qadağa daxildir.
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı

























.jpg)









