Avropa
Timoşenkonun müsadirə olunmuş vəsaitləri geri qaytarıldı
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) məhkəmənin qərarı ilə ölkənin keçmiş baş naziri və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkonun axtarış zamanı müsadirə edilmiş şəxsi vəsaitini ona geri qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.
Timoşenkonun vəkilinin sözlərinə görə, o, müdafiə etdiyi şəxsin işinə baxılmasında müsbət dinamika görür. Vəkil əlavə edib ki, vəsaitlərin qaytarılması ədalətin bərpası yolunda növbəti addımdır, həmçinin Timoşenkoya qarşı işin saxtalaşdırıldığının təsdiqidir.
Cari ilin yanvarın 14-də Ukraynanın "Obozrevatel" nəşri Ukrayna Milli Antikorrupsiya Bürosunun "Batkivşina" partiyasının lideri Timoşenkonu korrupsiyada şübhəli biliyi barədə məlumat yayıb. Daha sonra büro siyasətçinin başqa bir deputata pıçıltı ilə necə səs verməli olduğunu təlimatlandırdığı və səsvermə üçün ödəniş məbləğini səsləndirdiyi iddia edilən səs yazısını dərc edib. Bu zaman söhbətin birdəfəlik razılaşmalardan deyil, müntəzəm əməkdaşlıqdan getdiyi vurğulanır.
Hüseyn İbadlı
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı

























.jpg)









