Avropa
Avropada informasiya savaşı: Rusiya mediasına çıxış bağlanır
Fransanın media tənzimləyicisi "Arcom" internet provayderlərindən Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş Rusiya KİV-lərinə, o cümlədə 35 sayta çıxışın məhdudlaşdırılmasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilir.
Açıqlamada qeyd olunur ki, provayderlərə, domen adı xidmətləri göstərən şirkətlərə və axtarış sistemlərinə sözügedən saytların bloklanması və axtarış nəticələrindən çıxarılması barədə göstəriş verilib. Söhbət Avropa İttifaqının sanksiyalarına məruz qalmış Rusiya mediasının rəsmi internet resurslarından gedir.
Bundan əlavə, "Arcom" Rusiya televiziya və radio yayımına çıxış imkanı yaradan dörd striminq platformasının da axtarış nəticələrindən silinməsini tələb edib.
Xatırladaq ki, daha əvvəl Vyaçeslav Volodin Avropa ölkələrində sakinlərin alternativ informasiya axtarışı məqsədilə Rusiya KİV-lərinə daha çox müraciət etdiyini bildirib. Onun sözlərinə görə, yeni məhdudiyyətlər Avropa hakimiyyətlərinin fərqli mövqelərin yayılmasından ehtiyatlanması ilə əlaqədardır.
Adəm
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı

























.jpg)









