Avropa
Bu müharibənin Yaxın Şərq üçün ağır nəticələri olacaq - Aİ-dən bəyanat
Avropa İttifaqı (Aİ) İranda və Yaxın Şərqdə baş verən prosesləri son dərəcə ciddi narahatlıqla izləyir.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Yaxın Şərqdəki vəziyyətlə bağlı İttifaq adından yayımlanan bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib ki, Avropa İttifaqı Aİ-nin təhlükəsizliyini və maraqlarını qorumaqda davam edəcək, zərurət yaranarsa əlavə sanksiyalar tətbiq olunacaq. Aİ ardıcıl olaraq İranı nüvə proqramına son qoymağa, ballistik raket proqramını məhdudlaşdırmağa, regionda və Avropada sabitliyi pozan fəaliyyətlərdən çəkinməyə, həmçinin öz xalqına qarşı zorakılıq və repressiyalara dərhal son verməyə çağırıb.
Eyni zamanda, tərəflərdən maksimum dərəcədə təmkin nümayiş etdirilməsinə, mülki əhalinin qorunmasına və beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq humanitar hüquqa tam riayət olunmasına dair çağırış edilib. Qeyd edilib ki, uzunmüddətli müharibə Yaxın Şərq üçün ağır nəticələr vəd edir. İranın hücumları və regiondakı bir sıra ölkələrin suverenliyinin pozulmasının yolverilməzliyi qeyd olunub, İran ayrı-seçkilik etmədən hərbi zərbələr endirməkdən çəkinməli olduğu vurğulayıb.
Qeyd olunub ki, Aİ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün gərginliyin azaldılmasına və davamlı həllin tapılmasına yönəlmiş bütün diplomatik səylərə dəstəyini davam etdirəcək. Nüvə təhlükəsizliyinin əsas prioritet olduğu vurğulanaraq bildirilib ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığı, habelə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Hərtərəfli Təminatlar Sazişi üzrə hüquqi öhdəliklərinə əməl etməsi mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, dəniz təhlükəsizliyinin qorunması və gəmiçilik azadlığına hörmətin də xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. “Aİ və üzv dövlətlər regionda olan Aİ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atır, ehtiyac yaranarsa Aİ Mülki Müdafiə Mexanizmi aktivləşdiriləcək”, - deyə bəyanatda bildirilib.
Həmçinin qeyd olunub ki, İranda baş verən hadisələr Yaxın Şərqi, Avropanı və daha geniş coğrafiyanı, o cümlədən iqtisadi sahədə gözlənilməz nəticələrlə üz-üzə qoya biləcək eskalasiyaya səbəb olmamalıdır. Hörmüz boğazı kimi strateji su yollarında fəaliyyətin pozulmasının qarşısı alınmalıdır. (Azərtac)
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama



















.jpg)


















