Avropa
Almaniya da İranla müharibəyə girir? – Rəsmi açıqlama
Almaniya İrana qarşı heç bir formada müharibədə iştirak etmək niyyətində deyil.
Publika.az xəbər verir ki, DW-nin məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
O əlavə edib ki, ABŞ-a İran raketlərini və buraxılış qurğularını məhv etmək üçün bölgədəki Britaniya bazalarından istifadə etməyə icazə verən Böyük Britaniyadan fərqli olaraq, Almaniyanın orada belə bazaları yoxdur.
Bundan əlavə, nazirin sözlərinə görə, Almaniyanın "müvafiq hərbi resursları da yoxdur", lakin "Bundesver əsgərləri hücum halında özlərini müdafiə edə bilərlər".
Alman ordu bölmələri hazırda İordaniya və İraqda yerləşdirilib.
İsrail və ABŞ-ın İrana hücumunun beynəlxalq hüquqa görə qanunsuz olub-olmadığı soruşulduqda, nazir "şübhələr olduğunu" və "siyasi və təhlükəsizlik aspektlərinin hərtərəfli qiymətləndirilməsinin zəruri olduğunu" bildirib.
Almaniya xarici işlər naziri həmçinin qeyd edib ki, "İran təkcə İsrail və region üçün deyil, həm də Almaniya və Avropa üçün ciddi təhlükə yaradır".
Tural
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama



















.jpg)


















