Avropa
Zelenski Avropa İttifaqını sərt tənqid etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Kiyevə ayrılacaq kredit və Rusiyaya qarşı yeni sanksiyalar məsələsində irəliləyişin olmamasına görə kəskin tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında bildirib.
"Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı hələ də heç bir irəliləyiş yoxdur. Avropa bunun bizim üçün həyati əhəmiyyət kəsb etdiyini etiraf etsə də, Ukraynaya veriləcək 90 milyard avroluq yardım paketi ilə bağlı heç bir hərəkətlilik yoxdur", — deyə o qeyd edib.
Zelenski hər iki təşəbbüsün bloklanmasının hələ də davam etməsindən şikayətlənib. Hər iki paketi Macarıstan bloklayır.
Bundan əvvəl Zelenski, Budapeştin Kiyevə 90 milyard avroluq kreditin verilməsini əngəlləməyə son qoymayacağı təqdirdə, Macarıstanın Baş naziri Viktor Orbanın ünvanını və nömrəsini Ukrayna Silahlı Qüvvələrinə (USQ) verəcəyi ilə hədələmişdi ki, döyüşçülər siyasətçi ilə "öz dillərində" danışsınlar. Ukrayna lideri bu ssenariyə müraciət etməyi təklif edib.
Hüseyn İbadlı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























