Avropa
Brüsseldə qalmaqal: 9 diplomat Lyayenə qarşı birləşdi
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ və İsrailin İrana qarşı kampaniyasının ilk günlərində səlahiyyətlərini aşdığı üçün tənqid atəşinə tutulub.
Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
Avropanın həm kiçik, həm də böyük ölkələrini təmsil edən doqquz diplomat, AK sədrinin diplomatik səlahiyyətlərini aşmasını kəskin tənqid ediblər.
Onun İran böhranı ilə bağlı hərəkətlərindən doğan narazılıq digər xarici siyasət məsələlərinə dair tənqidlər fonunda yaranıb. Buraya Avropa Komissiyasının Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirmək səyləri və fon der Lyayenin ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılmış “Sülh Şurası”na yanaşması daxildir.
Xüsusilə, AK rəhbəri Fars körfəzi dövlətlərinin başçılarına etdiyi zənglərə görə tənqid olunur. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvü Natali Luazo bildirib ki, fon der Lyayenin sözlərinin şəxsi bəyanatından başqa heç bir dəyəri yoxdur.
Diplomatlar qeyd ediblər ki, Aİ-nin xarici siyasətinin əlaqələndiricisi rolu Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa məxsusdur. Kallasın vəzifəsi paytaxtlarla əlaqə saxlamaq və ümumi mövqeyi formalaşdırmaqdır. Onlar qeyd ediblər ki, fon der Lyayen bu hərəkətləri ilə dünyanın qalan hissəsi ilə münasibətlərdə çaşqınlıq yaratmaq riski daşıyır.
Adəm
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























