Avropa
Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır
Türkiyə Ukrayna, ABŞ və Rusiya arasında növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətdən sonra “Telegram”da paylaşımında bildirib. "Cənab Prezident qeyd etdi ki, Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk və ümid edirik ki, nəticə verəcək", - deyə Zelenski yazıb.
Zelenski, həmçinin qeyd edib ki, söhbət zamanı liderlər İran ətrafındakı vəziyyəti müzakirə ediblər. "Müharibənin eskalasiyasının qarşısını almaq və insanların həyatını qorumaq üçün təcrübəmizi bölüşməyə hazırıq, lakin bununla yanaşı, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsi lazımdır və biz tərəfdaşlarımızdan müvafiq dəstəyə ümid edirik", - deyə Ukrayna lideri bildirib.
Zelenski Ərdoğana Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, Türkiyənin "İstəklilər Koalisiyası" çərçivəsində dəniz təhlükəsizliyinin təmin edilməsində rol oynamaq istəyinə və Ukraynanın enerji sektorunu dəstəkləmək üçün gələcək həll yollarına görə təşəkkür edib.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























