Avropa
Aİ-də üsyan: Lyayen postunu itirə bilər
Ursula fon der Leyen Avropa Komissiyasının sədri vəzifəsini itirə bilər. Səbəb onun siyasətindən artan narazılıq, xüsusilə də Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyidir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" Avropa diplomatlarına istinadən yazıb.
Avropa Komissiyası rəhbərinin ünvanına yönələn tənqidlər artıq o həddə çatıb ki, onun vəzifədə qalması sual altına düşüb. Bildirilir ki, çərşənbə günü Avropa Parlamentdə Lyayenə qarşı hətta müttəfiqləri tərəfindən sərt tənqidlər səslənə bilər.
Deputatlar hesab edirlər ki, onun ritorikası və addımları Brüsselin tez-tez istinad etdiyi “qaydalara əsaslanan beynəlxalq nizam” prinsipinə ziddir. Xüsusilə də İsrail, ABŞ və İran arasında gərginliyin artması fonunda Avropa Komissiyası sədrinin mövqeyi ciddi narazılıq yaradıb.
Diplomatların sözlərinə görə, fon der Lyayen münaqişədə həddindən artıq birtərəfli mövqe tutub və bu, Avropa institutları daxilində parçalanmaya səbəb olub. Bir sıra deputatlar hesab edirlər ki, o, tərəflərdən birinin maraqlarını müdafiə edir və bu da ənənəvi olaraq balanslı diplomatiya yürüdən Avropa İttifaqının imicinə zərbə vurur.
Nəşr qeyd edir ki, narazılıq, əslində uzun müddətdir formalaşırdı, lakin Yaxın Şərqdəki son eskalasiya bu prosesin katalizatoruna çevrilib. Bir sıra parlamentarilər Lyayendən kursunu dəyişməyi və ya könüllü şəkildə istefa verməyi tələb etməyə hazırlaşır.
Müşahidəçilərin fikrincə, əgər tənqidçilər məqsədlərinə nail olsalar, bu, Avropa İttifaqı tarixində presedent yarada bilər. Çünki adətən Aİ rəhbəri əsas siyasi fraksiyaların dəstəyini alır. Hazırkı vəziyyətdə isə hətta onun ənənəvi müttəfiqləri də ona qarşı çıxmağa hazır vəziyyətdədir.
Qeyd olunur ki, səsvermənin nəticəsi və siyasətçinin siyasi taleyi onun deputatları öz kursunun düzgünlüyünə inandıra bilib-bilməyəcəyindən asılı olacaq.
Adəm
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























