Avropa
Hər şeyin bir həddi var: Zelenskinin adamları bu ölkə rəhbərinin nəvələrini təhdid edirlər
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna hakimiyyətini təhdid və şantajda günahlandırıb.
Publika.az xəbər verir ki, Orban mesajların ailəsinə göndərildiyini bildirib.
“Ukraynalılar artıq ailəmi, uşaqlarımı və nəvələrimi təhdid edirlər. Hər şeyin bir həddi var!
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Qriqori Omelçenko Orbanı və ailəsini təhdid etdiyini etiraf edib.
O, baş nazirin "harada yaşadığını, harada yatdığını, harada pivə, şərab içdiyini, qəlyan çəkdiyini, harada vaxt keçirdiyini, hətta kiminlə görüşdüyünü və sair şeyləri" bildiyini iddia edib. Omelçenko Macarıstan baş nazirinə beş övladı və altı nəvəsi haqqında düşünməyi məsləhət görüb.
Yanvar ayında Orban Ukrayna hakimiyyətinin onu və ölkə hökumətinin digər üzvlərini şəxsən təhdid etdiyini bildirmişdi. O, həmçinin Kiyevdən gələn təhdidlərin 12 apreldə Macarıstanda keçiriləcək parlament seçkilərinə qədər "gündəlik həyatın bir hissəsinə" çevriləcəyini vurğulamışdı. Orban hazırkı Macarıstan hökumətinin Kiyevə maliyyə yardımı göstərmək istəməməsi və ölkənin Avropa Birliyinə (AB) üzvlüyünü istisna etməsi səbəbindən Ukraynanın Macarıstanda dəyişiklikdə maraqlı olduğunu qeyd etmişdi.
Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərin siyasətçi ilə öz dillərində ünsiyyət qura biləcəyini bildirmişdi.
“Ümid edirik ki, Avropa Birliyində bir nəfər 90 milyardı bloklamaz və Ukrayna əsgərlərinin silahı olar. Əks təqdirdə, bu şəxsin ünvanını silahlı qüvvələrimizə verəcəyik. Qoy ona zəng edib öz dillərində danışsınlar”, - Zelenski demişdi.
Tural
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























