Avropa
Macarıstan razılaşdı: Maşınları Ukraynaya qaytarır, qızıl və dolları isə saxlayır
Macarıstan müsadirə edilmiş iki inkassator maşınını Ukraynanın "Oschadbank" bankına qaytarmağa razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, Macarıstan maşınları qaytarmağa razılaşsa da, pul və qızılı özündə saxlayacaq.
“Oschadbank”dakı mənbə bildirmişdi ki, ukraynalı kollektorlar bir neçə ildir ki, Avstriyadan Macarıstan vasitəsilə valyuta və qızıl daşıyırlar.
2022-ci ildən etibarən bank inkassatorları Avropadan nağd pulu yalnız quru nəqliyyatı ilə çatdırmağa başlayıb.
Daha əvvəl “Oschadbank” Macarıstan hakimiyyətini maliyyə qurumuna məxsus əmlakı qanunsuz olaraq saxlamaqda ittiham edən rəsmi açıqlama yaymışdı.
Buraya nağd pul daşıyan iki nəqliyyat vasitəsi və 40 milyon dollar, 35 milyon avro dəyərində qiymətli əşyalar və doqquz kiloqram bank qızılı daxil idi.
Tural
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
















.jpg)

.jpg)



















