Avropa
Orta əsrə aid qala qülləsi uçdu
İspaniyanın Toledo əyalətində orta əsrlərə aid Eskalona qalasının qülləsi uçub.
Publika.az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb.
Polisdən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, "xalqın tarixinin bir hissəsi yox olub". Rəsmilər orada baş verənlərin səbəbini müəyyənləşdirəcəklərinə söz veriblər.
"EFE" agentliyinin məlumatına görə, qalanın girişində yerləşən və gün ərzində yüzlərlə insanın ziyarət etmək niyyətində olduğu qüllə uçub. Uçqun səhər saatlarında baş verdiyi üçün həmin insanlar xəsarət almayıblar. Lakin daş parçaları qalanın yanında park edilmiş avtomobillərə zərər vurub.
Yerli hakimiyyət orqanları yaxın vaxtlarda ərazinin turistlər üçün bağlanacağını bəyan ediblər. Dağıntıların miqyasını qiymətləndirmək və digər tikililərə baxış keçirmək lazım gələcək.
Hüseyn İbadlı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























