Avropa
Fransanın 80 min tonluq yeni nüvə aviadaşıyıcısı hazırlanır
Fransa Prezidenti Emmanuel Makron martın 18-də Nant yaxınlığındakı İndre bölgəsində inşa edilən yeni aviadaşıyıcının tikinti sahəsinə səfər edəcək.
Publika.az xəbər verir ki, bu səfər zamanı dövlət başçısının gələcək gəminin adını açıqlayacağı gözlənilir. Yeni aviadaşıyıcı hazırda Fransa donanmasının əsas gəmisi olan “Charles de Gaulle”u əvəz edəcək. Prezident tərəfindən ötən ilin dekabrında rəsmiləşdirilən layihəyə əsasən, yeni gəmi əvvəlki modeldən xeyli böyük olacaq. Onun yerdəyişməsi 80 min ton, uzunluğu isə təxminən 310 metr olacaq. Müqayisə üçün mövcud aviadaşıyıcının çəkisi 42 min ton, uzunluğu isə 261 metrdir.
Yeni gəmidə təxminən 2000 nəfərlik ekipaj xidmət edəcək və o, 30 döyüş təyyarəsini daşımaq imkanına malik olacaq.
Makronun səfəri “Naval Group” şirkətinin İndredə yerləşən istehsal sahəsində baş tutacaq. Məhz burada gələcək aviadaşıyıcının iki nüvə reaktoru istehsal ediləcək.
Gəminin əsas montajı “Chantiers de l’Atlantique” tərsanəsində, Nant yaxınlığındakı Saint-Nazaire şəhərində həyata keçiriləcək.
Yelisey Sarayının məlumatına görə, layihədə ölkə üzrə 800-dən çox şirkət iştirak edir və onların əhəmiyyətli hissəsi kiçik və orta müəssisələrdir. Hakimiyyət bu proqramın həm də yüksək texnologiyalar sahəsində innovasiya və elmi-tədqiqatların inkişafına töhfə verdiyini bildirir.
Hazırda Yaxın Şərqdəki müharibə fonunda Aralıq dənizinin şərqində yerləşdirilən “Charles de Gaulle” kimi yeni aviadaşıyıcı da nüvə enerjisi ilə işləyəcək.
Planlara əsasən, yeni nəsil fransız aviadaşıyıcısının 2038-ci ildə Fransa donanmasının xidmətinə daxil olması nəzərdə tutulur. Bu gəmi ölkənin sularda hərbi mövcudluğunu və strateji təsir imkanlarını uzunmüddətli perspektivdə qorumağa xidmət edəcək.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























