Avropa
Otellərdə yeni qayda: Bu məhsullar otaqlardan yığışdırılacaq
Avropa Birliyinin (AB) qablaşdırma tullantılarının azaldılmasına yönəlmiş yeni tənzimləməsi çərçivəsində, otel otaqlarındakı birdəfəlik şampun, duş geli və losyonlar 2030-cu ilə qədər tamamilə qadağan ediləcək.
Publika.az xəbər verir ki, Avropa Birliyi dayanıqlılıq hədəfləri istiqamətində qonaqlama sektorunda ciddi islahatlara hazırlaşır. 2024-cü ildə qəbul edilmiş "Qablaşdırma və Qablaşdırma Tullantıları Tənzimləməsi"nə əsasən, otellərdə uzun illərdir istifadə olunan birdəfəlik qulluq vasitələri mərhələli şəkildə ləğv ediləcək.
Yeni qaydalara görə, 100 millilitr və ya 100 qramdan kiçik olan plastik qablaşdırmadakı miniatür məhsulların istifadəsi 2030-cu ildə tamamilə dayandırılacaq.
Tullantı miqdarının azaldılması
Bu qərarın əsas səbəbi birdəfəlik plastiklərin yaratdığı nəhəng tullantı kütləsidir. Sektorun statistik göstəricilərinə görə:
Otellərdə istifadə olunan kiçik ölçülü şüşələrin böyük hissəsi tam istifadə olunmadan zibilə atılır.
Hər il Avropa miqyasında milyardlarla plastik qablaşdırma poliqonlara gedir.
Yeni sistem: Doldurula bilən dozatorlar
Yeni qaydalara uyğunlaşmaq üçün mehmanxanalar vanna otaqlarının dizaynında dəyişiklik etməli olacaqlar. Birdəfəlik kiçik şüşələrin yerini vanna və əlüzyuyan hissələrinə bərkidilən, yenidən doldurula bilən iri dozator (dispenser) sistemləri alacaq.
Artıq bir çox beynəlxalq otel şəbəkələri həm xərclərə qənaət, həm də tullantıların azaldılması məqsədilə bu sistemə keçid etməyə başlayıblar. Bu addım Avropanın 2050-ci ilə qədər "iqlim neytrallığı" hədəfinin mühüm bir hissəsi hesab olunur. (Milli.az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)


























