Avropa
Avropa ölkəsində bankomatlar partladılır - Yaralı var
Həftə ərzində Niderlandın müxtəlif şəhərlərində ard-arda bankomatların partladılması hadisələri baş verib, insidentlərdən biri zamanı yeniyetmə qız yaralanıb.
Publika.az ANP agentliyinə istinadla xəbər verir ki, polis bu hücumlar arasında əlaqənin olduğunu istisna etmir.
Mənbənin bildirdiyinə görə, ilk hücumlardan biri Utrext əyalətindəki Lopik şəhərində qeydə alınıb. Partlayış qurğunun yerləşdiyi binaya ciddi ziyan vurub, ikinci mərtəbədəki mənzilin sakinləri təxliyə edilib. Nağd pulların oğurlanması ehtimalı ilə bağlı məlumatlar hazırda dəqiqləşdirilir.
Digər bir insident Amsterdamın Nyiv-Vest rayonunda qeydə alınıb. Partlayış nəticəsində bankomat tamamilə məhv olub, zərbə dalğası binanın pəncərələrini sıradan çıxarıb. Hadisə zamanı qəlpə yaraları alan yeniyetmə qız tibb müəssisəsinə çatdırılıb. Pul vəsaitlərinin oğurlanması barədə məlumatlar hələlik yoxdur.
Bundan əlavə, Amsterdam aqlomerasiyasının kənarında yerləşən Badhuvedorp və Landsmeerdə təxminən yarım saatlıq fasilə ilə iki bankomat partladılıb. Birinci halda, iki ehtimal edilən cinayətkar mopedlə qaçmağa nail olsa da, qısa müddət sonra Amsterdamda saxlanılıblar.
İstintaqın versiyasına görə, Landsmeerdəki partlayışda başqa şəxslər iştirak edib; hadisələr arasındakı mümkün əlaqə yoxlanılır.
Polis, həmçinin eyni şəxslərin bu insidentlərdə, eləcə də martın 23-ü səhər saatlarında Amsterdam-Zöyd rayonu və Laren şəhərində baş verən partlayışlarda və martın ortalarında Amsterdam otellərindən birindəki oxşar hadisədə əli olması versiyasını araşdırır.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































