Avropa
“Ukrayna möhkəm dayanır, Rusiya qalib gəlmir” - Avropadan vacib bəyanat
Avropa ölkələri, ABŞ-ın resurslarını İranla münaqişəyə yönəltməsinə baxmayaraq, Ukraynaya hərbi dəstəyi davam etdirir.
Publika.az "European Pravda" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Fransalı nazir ABŞ-ın İrandakı müharibə ilə bağlı resurslarını “müəyyən dərəcədə səfərbər etdiyini” təsdiqləyib.
Onun sözlərinə görə, Fransa da daxil olmaqla digər ölkələr də Yaxın Şərqdəki maraqlarını qorumaq üçün hərbi imkanlarını işə salıblar.
“Avropa ölkələri səfərbər olunub. Artıq dörd ildən çoxdur ki, bizə dəfələrlə tədarükün kəsiləcəyi və fəlakətin yaxınlaşdığı deyilir. Lakin bu baş vermədi”, - deyə Barro vurğulayıb.
Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsi ilə bağlı iddiaları rədd edib. O, Kiyevə dəstəyin artırılmasının vacibliyini qeyd edərək, Rusiyanın “kölgə donanmasına” qarşı əlavə tədbirlərin görülməsinə çağırıb. Starmer hesab edir ki, Avropa mövcud narrativi dəyişmək üçün Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərməlidir.
Baş nazir əlavə edib ki, döyüş meydanındakı real vəziyyət fərqlidir: “Ukrayna möhkəm dayanır və hətta ərazilərini geri qaytarır. Həqiqət budur ki, Rusiya qalib gəlmir”.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































