Avropa
Zelenski onlarla danışıqlar aparacaq - “Əgər onlar bizə zərbə endirsələr...”
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 1-də ABŞ Prezidentinin nümayəndələri və NATO-nun baş katibi Mark Rütte ilə danışıqlar aparacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı UNİAN agentliyi yayıb.
ABŞ tərəfindən danışıqlarda prezidentin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner, həmçinin respublikaçı senator Lindsi Qrem iştirak edəcəklər. Görüş videobağlantı formatında baş tutacaq.
Ukrayna Prezidenti jurnalistlərə açıqlamasında deyib: "Harada olduğumuzu və üçtərəfli razılaşmaya, yaxud ən azı üçtərəfli görüşə nə dərəcədə yaxın olduğumuzu müzakirə edəcəyik".
O əlavə edib ki, Rusiya tərəfindən "enerji atəşkəsi" ilə bağlı heç bir siqnal yoxdur, lakin sabah bu təklif Amerika tərəfinə çatdırılacaq.
"Əgər onlar bizə zərbə endirsələr, biz də cavab verəcəyik. Dayansalar, biz də eyni şəkildə hərəkət edəcəyik", — deyə Zelenski qeyd edib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































