Avropa
Avropa ölkəsində müharibənin başlama anı test ediləcək
Polşa müharibənin başlama anı üçün məşq rolunu oynayacaq "Edge" kod adlı təlimlər keçirəcək .
Publika.az xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" qəzeti məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyi bildirib ki, təlimlərə hazırlıq prosesi, o cümlədən iştirakçılar, ssenari, tarix və keçirilmə yeri ilə bağlı məlumatlar tam məxfidir.
Nəşr qeyd edib ki, təlimlər Polşanın müdafiə sisteminin potensial münaqişəyə hazırlığını yoxlamalıdır. Prosesdə baş nazir, nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri və silahlı qüvvələrin komandanları da daxil olmaqla yüksək rütbəli dövlət məmurları iştirak edir.
Məlumata görə, bu təlimlər hər dörd ildən bir keçirilməlidir, lakin sonuncu dəfə 2019-cu ildə təşkil olunub. təlimin bir hissəsi hərbi vəziyyətin tətbiqinin simulyasiya edildiyi strateji müdafiə oyunu olacaq. Həmçinin strateji planların işləkliyinin yoxlanılması, hakimiyyət orqanları ilə hərbçilər arasındakı qarşılıqlı əlaqənin test edilməsi və idarəetmə sistemlərindəki zəif nöqtələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qəzet yazıb ki, əldə olunan nəticələr strateji sənədlərin və müdafiə planlarının yenilənməsi, habelə əməliyyatların səmərəliliyinin artırılması üçün istifadə edilməlidir.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































