Avropa
Bu ölkədə ət və ət məhsulları KƏSKİN BAHALAŞDI
Estoniyanın ticarət şəbəkələrində mal ətinin qiyməti 2026-cı ilin mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artaraq kiloqramı üçün 22,6 avroya çatıb.
Publika.az xəbər verir ki, bu barədə Estoniya Konyunktur İnstitutunun məlumatlarına istinadla ERR teleradioşirkəti məlumat yayıb.
Bildirilib ki, yerli broyler toyuğunun qiyməti isə eyni müddət ərzində 25% bahalaşaraq 5,2 avro təşkil edir.
Bahalaşma bişmiş kolbasa istisna olmaqla, bütün növ ət məhsullarına təsir edib.
Ev üsulu çəkilmiş ət 12%, sümüksüz donuz əti isə 8% bahalaşıb. Süd məhsulları seqmentində illik müqayisədə ən çox artım xamada - müsbət 8% qeydə alınıb. Yerli istehsal olan toyuq yumurtalarının qiyməti 12% yüksəlib. Tərəvəzlər arasında analitiklər kələmin qiymətinin 2025-ci ilin mart ayı ilə müqayisədə 32% azalmasına diqqət çəkiblər. Baş soğan isə əksinə, 20% bahalaşıb.
Estoniyada məhsuldarlığın aşağı olması səbəbindən almanın qiyməti bir il ərzində 65% artıb. Həmçinin bahalaşma növündən və gətirildiyi ölkədən asılı olmayaraq bütün xiyar növlərinə də təsir edib. Yerli xiyarlar 13%, idxal olunanlar isə 11% bahalaşıb. İdxal olunan pomidorların qiymətində isə 18% artım müşahidə olunub. Respublikada xiyarın qiyməti artıq bir neçə ildir ki, ardıcıl olaraq yüksəlir. 2025-ci ilin avqustunda xiyar 2024-cü ilin avqust ayı ilə müqayisədə 82% bahalaşaraq kiloqramı üçün 4,2 avro həddinə çatmışdı.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































