Avropa
Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
ABŞ-ın vitse-prezidenti Cey Di Vens və xanımı, ölkənin ikinci ledisi Uşa Vens 7–8 aprel tarixlərində Budapeştə səfər edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə ikitərəfli danışıqların aparılması, həmçinin Vaşinqton və Budapeşt arasındakı tərəfdaşlığa həsr olunmuş kütləvi çıxışın reallaşdırılması planlaşdırılır.
Səfərin məqsədi 12 apreldə keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ-ın hazırkı rəhbərliyinin Macarıstanın baş nazirinə dəstəyini nümayiş etdirməkdir.
ABŞ Prezidenti Donald Tramp əvvəllər Orbanın lehinə çıxış etmişdi. Bu arada, hakim Fidesz Macarıstan Vətəndaş Birliyi partiyası Avropa Birliyinin dəstəklədiyi müxalifətdəki Tisza partiyası ilə seçki mübarizəsindədir.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































