Avropa
Onlar Trampın tənbehlərini ardıcıllıqla dinləməli olurlar - “Spiegel”
ABŞ Prezidenti Donald Tramp xalqa müraciəti zamanı İranla uğursuz müharibəyə görə qəzəbini Avropa siyasətçiləri və NATO-dan çıxararaq onlara qarşı aqressiv ritorikadan istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb.
"O, qəzəbini avropalılardan - müharibə başlamazdan əvvəl hətta xəbərdarlıq etmədiyi tərəfdaşlarından çıxarır", — deyə nəşr qeyd edir.
"Spiegel"in fikrincə, Avropa ölkələri müttəfiqlik münasibətlərini və hər şeydən əvvəl Ukraynaya dəstəyi qoruyub saxlamaq üçün Donald Trampın kəskin bəyanatları və davranışı ilə barışmalı, faktiki olaraq bir-birinin ardınca gələn "tənbehləri" dinləməli olurlar.
Xatırladaq ki, bundan əvvəl Tramp İrana qarşı hərbi əməliyyatı "iki saniyəyə" bitirməyin mümkün olduğunu bildirmişdi. Amerika liderinin sözlərinə görə, Vaşinqton rəhbərliyin təmkinli olması səbəbindən bunu etmir. O, həmçinin İranda "məhv edilməsi mümkün olan hər şeyin məhv edildiyini" qeyd edib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































