Avropa
Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
Şahzadə Harri "Mail on Sunday" qəzetinin jurnalisti Şarlotta Qriffitsə "Facebook" sosial şəbəkəsində səmimi mesajlar yazıb.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Məlumatlar "Daily Mail" və "Mail on Sunday" qəzetlərinin naşiri "Associated Newspapers Limited" (ANL) şirkətinə qarşı qaldırılmış iddia çərçivəsində London Ali Məhkəməsində açıqlanıb. 2011-ci ilin dekabrından 2012-ci ilin yanvarına qədər olan mesajlarda Harri Qriffitsi "şirin" (sweetheart) adlandırıb; nəşr ehtimal edir ki, onların arasında hersoqun iddia etdiyindən daha yaxın münasibətlər olub.
Bununla belə, şahzadə Harri məhkəmədə Qriffits ilə yalnız bir dəfə — ortaq dostları Artur Lendonun təşkil etdiyi məclisdə görüşdüyünü bildirib. O, qızın jurnalist olduğunu anlayan kimi ertəsi gün ünsiyyəti kəsdiyini etiraf edib.
Yanvar ayında verilən məlumata görə, şahzadə Harri ANL şirkətinə qarşı ittihamlarının araşdırıldığı məhkəmə iclasındakı çıxışı zamanı göz yaşlarını güclə saxlayıb. Onun fikrincə, "Daily Mail" jurnalistləri qeyri-qanuni üsullardan istifadə edərək onun haqqında məlumat toplayıblar.
Hüseyn İbadlı
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO













.jpg)






















