Avropa
Biz güclülərin hüququna inanmırıq - Makron
Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyada keçirilən iqtisadi forum zamanı Avropanın beynəlxalq şirkətlər üçün etibarlı və proqnozlaşdırılabilən tərəfdaş olduğunu qeyd edib.
Publika.az xəbər verir ki, Seula ikigünlük rəsmi səfəri çərçivəsində keçirilən fransız-koreya iqtisadi forumunda çıxış edən Makron Avropanın cəlbediciliyini vurğulayaraq deyib: “Biz proqnozlaşdırıla bilənik. Avropa son dərəcə cazibədar bir qitədir. Biz işləri sadələşdiririk, modernləşdiririk. Böhranlara sürətlə cavab veririk, lakin hər zaman hüquqi dövlətə və beynəlxalq hüquqa hörmət edirik. Biz güclülərin hüququna inanmırıq. Ticarət tariflərini dəstəkləmirik, qaydalara hörmət edirik”.
İnvestorlar üçün proqnozlaşdırıla bilmənin vacibliyini də xüsusi qeyd edən Fransanın dövlət başçısı bildirib: “İnam və stabillik sənayeçilər və investorlar üçün çox vacibdir. Biz öhdəlik götürəndə bunu birlikdə edirik”.
Forum zamanı Makron, həmçinin Avropanın beynəlxalq, o cümlədən Cənubi Koreya şirkətləri üçün etibarlı və proqnozlaşdırılabilən tərəfdaş olduğunu vurğulayıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































