Avropa
Papa dünya liderlərinə çağırış etdi
Roma Papası XIV Leo dünya liderlərini silahları yerə qoymağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.
"Qoy əlində silah olanlar onu yerə qoysunlar", — deyə Roma Papası Pasxa bazarında ənənəvi "Şəhərə və dünyaya" (Urbi et Orbi) müraciətində səslənib.
Müqəddəs Pyotr meydanına toplaşmış on minlərlə zəvvar qarşısında çıxış edən XIV Leo "müharibələr başlatmaq səlahiyyətinə malik olanları" sülhü seçməyə çağırıb.
O vurğulayıb ki, bu, güclə qəbul etdirilən sülh deyil, dialoq yolu ilə əldə edilən sülh olmalıdır: "Başqaları üzərində hökmranlıq etmək istəyi ilə deyil, onlarla üz-üzə gəlmək arzusu ilə".
Papa həmçinin xəbərdarlıq edib ki, dünya tədricən zorakılığa öyrəşir. Onun sözlərinə görə, biz nəinki minlərlə insanın ölümünə, həm də müharibənin yaratdığı nifrət və parçalanmaya, eləcə də onun iqtisadi və sosial nəticələrinə qarşı laqeydləşirik.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































