Avropa
Krım qalmaqalı: Bu ölkə nazir müavinini “maariflənmək” üçün Ukraynaya göndərəcək
Litva səhiyyə nazirinin müavini Arnomedas Qaldikas mübahisəli müsahibədən sonra Ukraynaya gedir.
Publika.az “Sputnik Litva”ya istinadla xəbər verir ki, qərarı nazir Mariya Yakubauskiene açıqlayıb.
Hadisə, jurnalistlə söhbətdən qaynaqlanıb. Söhbət zamanı məmur Krımın statusu ilə bağlı sualdan yayınaraq yarımadanın kimə məxsus olduğunu bilmədiyini iddia edib. Sonradan o, mövqeyini dəyişib, lakin bu, tənqidlərə son qoymayıb.
Bildirilir ki, nazirlik intizam tədbirləri görüb. Məmura xəbərdarlıq edilib.
Nazirin sözlərinə görə, o, Ukraynaya göndəriləcək, lakin səfərin vaxtı və işin formatı dəqiqləşdirilməyib.
Arnomedas Qaldikas nazir müavini vəzifəsinə 2026-cı ilin mart ayında təyin edilib. O, əvvəllər tibb təhsili alıb və Klaypedadakı tibb müəssisələrində çalışıb.
Müəllif: Tural
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































