Avropa
Zelenskidən sensasion çağırış: Türkiyəni Rusiya ilə müharibəyə qoşur
Avropa İttifaqı, xüsusən də ABŞ NATO-dan çıxmaq qərarına gələrsə, öz təhlükəsizliyini təmin etmək üçün kökündən dəyişməli və genişlənməlidir.
Publika.az xəbər verir ki, bunu Vladimir Zelenski “The Rest Is Politics” podkastına verdiyi müsahibədə bildirib. Ukrayna liderinin sözlərinə görə, hazırkı Aİ formatı xarici təhdidlərə hərtərəfli cavab vermək iqtidarında deyil.
Zelenski vurğulayıb ki, “Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç Avropanın bir hissəsi olan dörd güclü ölkədir. Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiya ordulsundan daha güclüdür".
Onun fikrincə, yalnız belə bir format Avropaya regiondakı vəziyyəti effektiv şəkildə idarə etməyə və güc balansını qorumağa imkan verəcək: "Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə müqayisə edilə bilməz. Bu dörd ölkə ilə dənizlərə nəzarət edə, səmaları qoruya və ən böyük quru qüvvələrinə sahib ola bilərik".
Zelenski vurğulayıb ki, Rusiyanın 2030-cu ilə qədər ordusunu əhəmiyyətli dərəcədə artırmaq üzrə uzunmüddətli planları nəzərə alınmaqla, Avropa ölkələri proaktiv hərəkət etməlidirlər. O, həmçinin vurğulayıb ki, iqtisadi maraqlar hesabına olsa belə, müdafiə qabiliyyəti Avropa İttifaqı üçün prioritet olmalıdır: "Təhlükəsizlik birinci, iqtisadiyyat isə ikinci yerdədir. Əksinə deyil".
Zelenski Türkiyə kimi yeni üzvlərin inteqrasiya prosesinin kənd təsərrüfatı sektorunda çətinliklərlə üzləşə biləcəyini etiraf etsə də, Avropa siyasətçilərini qətiyyət göstərməyə çağırıb və qeyd edib: "İqtisadiyyat həqiqətən güclüdürsə, bütün bunların öhdəsindən gəlmək olar".
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı












.jpg)























