Avropa
Mertsdən KRİTİK AÇIQLAMA - “Rusiyanın şansı yoxdur ki...”
Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlmək şansının olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti yazır.
"Rusiyanın müharibədə qalib gəlmək şansı yoxdur. Ukraynaya hərbi dəstək üçün vəsaitlər mümkün qədər tez ayrılmalıdır. Rusiya buna ciddi yanaşmalıdır", - deyə o bildirib.
Aprelin 14-də Merts Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu görüşdə Almaniya və Ukrayna strateji tərəfdaşlıq barədə razılığa gəliblər və ölkələr arasında bir sıra müqavilələr, o cümlədən müdafiə sahəsində əməkdaşlıq haqqında saziş və qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Mətbuat konfransı zamanı Merts Moskvaya məxsus kölgə donanmasından gələn gəlir mənbələrini "qurutmaq" üçün Avropanın Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu ilə bağlı operativ qərarları müzakirə edəcəyini bəyan edib. Almaniya kansleri həmçinin Avropanın Ukrayna üzrə sazişin bir hissəsi olmalı olduğunu qeyd edib və çağırış yaşındakı kişilərin Ukraynaya qaytarılmasına kömək edəcəyinə söz verib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































