Avropa
Rusiyanı cilovlamaq üçün ABŞ-ın böyük planı üzə çıxdı - Moskva şifrələri açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın iştirakı ilə yeni hərbi blok yaratmaq ideyasının irəli sürüldüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə Çinə rəsmi səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın birliyin sadəcə iştirakçısı deyil, həm də əsas elementlərindən biri olacağı bir format müzakirə edilir. Lavrov qeyd edib ki, söhbət NATO-nun genişlənməsinə alternativdən gedir. Nazir bu təşəbbüsün tərəfdarlarından biri qismində əvvəllər ABŞ Prezidenti Donald Trampın administrasiyasında Ukrayna istiqaməti ilə məşğul olmuş Kit Kelloqun çıxış etdiyini göstərib. Onun bildirdiyinə görə, Kelloq hazırda Avropa ölkələri ilə birlikdə müvafiq təklifləri aktiv şəkildə təbliğ edir.
Lavrov həmçinin iddia edib ki, bu ideya Ukrayna rəhbəri Volodimir Zelenski tərəfindən də dəstəklənir.
Rusiyalı nazirin qiymətləndirməsinə görə, ABŞ bu yolla Rusiyanın qarşısının alınması məsuliyyətini Avropa ölkələri arasında bölüşdürməyə və səylərini digər istiqamətlərdə cəmləşdirməyə çalışır.
Rusiya XİN hesab edir ki, müzakirə olunan təşəbbüs anti-Rusiya gündəliyi olan yeni hərbi birliyin formalaşdırılmasına yönəlib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















