Avropa
Görün Orban ən çox nədən peşman olub
Parlament seçkilərində məğlub olan Macarıstanın Baş naziri Viktor Orban ən çox peşman olduğu məqamın "Pakş-2" AES layihəsinin daha əvvəl reallaşdırılmaması olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barəd "Patriota" portalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu atom elektrik stansiyasını "daha çox sürətlə inşa etmək" lazım idi. Siyasətçi qeyd edib ki, əgər bu edilsəydi, Macarıstan iqtisadiyyatı bu gün daha əlverişli vəziyyətdə olardı, çünki ölkədə daha çox və daha ucuz enerji olardı.
Orban "Ən çox nəyə görə heyfslənirsiniz?" sualına cavab olaraq, "Bu prosesin bu qədər uzun çəkməsini və bizim bunu tamamlaya bilməməyimizi hökumətin ciddi uğursuzluğu hesab edirəm" deyib.
Aprelin 15-də "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Macarıstanın yeni rəhbərliyinin "Pakş-2" layihəsinə marağını saxladığını bildirib. O qeyd edib ki, seçkilərdə qalib gələn Macarıstanın gələcək Baş naziri Peter Madyar bir neçə dəfə "Pakş-2"nin adını çəkərək, xüsusilə layihənin dəyəri ilə bağlı tənqidi fikirlər səsləndirib.
"Pakş" AES Macarıstanda fəaliyyət göstərən yeganə atom elektrik stansiyasıdır. Sosializm dövründə inşa edilmiş stansiya ölkədəki bütün elektrik enerjisinin demək olar ki, yarısını istehsal edir və AES-in iki yeni blokunun istismara verilməsi istehsal həcmini ikiqat artıracaq.
2014-cü ilin sonunda Rusiya və Macarıstan "Pakş" AES-də yeni enerji bloklarının - 5 və 6 nömrəli blokların ("Pakş-2") tikintisi barədə razılığa gəliblər. Rusiya Federasiyası layihənin icrası üçün Macarıstana 10 milyard avroya qədər kredit ayırmalı idi. İşlərin ümumi dəyəri isə 12,5 milyard avro qiymətləndirilirdi.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















