Avropa
Avropa boşalacaq, 53 milyon insan yox olacaq - Hesabat açıqlandı
Avropa Birliyi (Aİ) tarixinin ən böyük demoqrafik böhranı ilə üz-üzədir. Avrostatın (Eurostat) hazırladığı yeni hesabata görə, 2100-cü ilə qədər ittifaq əhalisi 11,7 faiz, yəni təxminən 53 milyon nəfər azalacaq.
Publika.az xəbər verir ki, proqnoza əsasən, Aİ əhalisi 2029-cu ildə 453 milyon nəfərlə ən pik həddə çatacaq. Lakin bu nöqtədən sonra uzunmüddətli və kəskin azalma dövrü başlayacaq. Əsrin sonuna qədər qitədə yaşayanların sayının 400 milyondan aşağı düşəcəyi gözlənilir.
Sənəddə qeyd olunur ki, əhali təkcə sayca azalmır, həm də struktur olaraq tamamilə dəyişir. Gənc və əmək qabiliyyətli insanların sayı kəskin azalarkən, 80 yaşdan yuxarı insanların sayı iki dəfədən çox artacaq.
Demoqrafik fəlakətin əsas səbəbi kimi doğum səviyyəsinin aşağı düşməsi göstərilir. Hazırda Avropada hər qadına orta hesabla 1,3 uşaq düşür ki, bu da nəslin yenilənməsi üçün lazım olan minimum həddən çox aşağıdır.
Problemin real fəsadları artıq bəzi ölkələrdə hiss olunmağa başlayıb. Məsələn, Fransada 2025-ci ildə İkinci Dünya Müharibəsindən bəri ilk dəfə ölüm sayı doğumu üstələyib. Proqnozlara görə, 2035-ci ilə qədər ölkədə məktəblilərin sayı 1,5 milyondan çox azalacaq.
Hazırda demək olar ki, bütün AB ölkələri oxşar demoqrafik problemlərlə üzləşir və bu da hökumətləri doğum nisbətini stimullaşdırmaq üçün tədbirlər görməyə məcbur edir.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















