Avropa
İtalyan nazirdən ÇAĞIRIŞ - “Əgər Vaşinqtonda bunu edirlərsə...”
İtaliya Baş nazirinin müavini, nəqliyyat naziri və "Liqa" partiyasının lideri Matteo Salvini Rusiyadan enerji resurslarının tədarükünün bərpasına çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə sağçı partiyaların "Avropa üçün Vətənpərvərlər" mitinqində çıxış edərkən bildirib.
Salvini qeyd edib ki, ABŞ Rusiya neftinin ticarəti və alışını bloklayan sanksiyaları dayandırıb:
"Bunu hansısa keçmiş sovetlərin geri qalmış ölkələri deyil, dünyanın ən böyük demokratiyası edib. Əgər Vaşinqtonda bunu edirlərsə, Brüsseldə də eyni addım atılmalıdır".
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi aprelin 17-dək gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsulları ilə əməliyyatlara müvəqqəti icazə verən yeni baş lisenziya yayımlayıb. İcazə həmin yüklərin satışı, daşınması və boşaldılması üzrə sövdələşmələrə aid olsa da, yeni tədarükləri və İranla bağlı əməliyyatları əhatə etmir. Yeni lisenziya mahiyyət etibarilə Vaşinqtonun əvvəllər tətbiq etdiyi mexanizmi təkrarlayır; buna qədər martın 12-dək yüklənmiş neft üçün oxşar icazə qüvvədə idi, lakin onun müddəti aprelin 11-də başa çatmışdı.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















