Avropa
Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
Aprelin 18-də Kiyevin Qoloseyevski rayonunda baş verən terror aktından sonra polis strukturunda kadr dəyişiklikləri olacaq.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. “Kiyevin Qoloseyevski rayonunda baş verən terror aktından sonra patrul polisinin cavab protokolları, eləcə də onların seçimi və təlimi nəzərdən keçirilməlidir. Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Milli Polisi hücumla bağlı istintaqı birgə aparır və qatil, onun vəziyyəti və silah əldə etməsi ilə bağlı bütün faktları yoxlayır. Ukraynanın daxili işlər naziri İqor Klimenko bütün komandanlıq zənciri boyunca kadr qərarları verəcək”, - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, daxili işlər naziri İqor Klimenko Kiyevdə insanlara hücumun bütün halları və hadisə yerində olan, lakin qatili dayandıra bilməyən və qaçan iki patrul zabitinin hərəkətsizliyi ilə bağlı araşdırma barədə hesabat təqdim edib. “Bu hadisə ilə bağlı artıq cinayət işi açılıb və patrul zabitlərinin fəaliyyəti tam şəkildə nəzərdən keçiriləcək - onlar müvafiq şəkildə hərəkət etməli idilər. Bu işi Dövlət İstintaq Bürosu aparır", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Kiyevdə terror aktı zamanı 6 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















