Avropa
Londonda daha bir sinaqoqa hücum edildi
Aprelin 19-na keçən gecə Londonda daha bir sinaqoq hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Sky News"un paytaxt polisinə istinadla məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları Londonun yəhudi icmalarında baş verən silsilə yandırma hadisələrinin İranla əlaqəli olub-olmadığını araşdırır.
Son insident Harrou rayonunda qeydə alınıb; orada naməlum şəxslər sinaqoqun pəncərəsini sındıraraq içəri "Molotov kokteyli" atıblar. Hadisə ərazidə patrul xidməti aparan polislər tərəfindən dərhal aşkar edilib. Xəsarət alan olmayıb, binaya ciddi ziyan dəyməyib.
Harrouda baş verən hadisə paytaxtdakı yəhudi icması obyektlərinə edilən dördüncü hücumdur. Belə ki, aprelin 17-də Londonun şimalındakı Hendon rayonunda yəhudi xeyriyyə təşkilatının binasını yandırmağa cəhd göstərilib, aprelin 15-də isə Finçli rayonunda iki nəfər sinaqoqa yandırıcı qarışıq dolu şüşələr atıb. Həmçinin şəhərin yəhudi məhəlləsində təcili yardım maşınlarının yandırılması barədə məlumat daxil olub.
"Sky News" yazır ki, bu insidentlərin əksəriyyətinə görə məsuliyyəti "Harakat Ashab al-Yamin al-Islamia" (HAYI) adlı islamçı təşkilat üzərinə götürüb. Polis qrupun İranla mümkün əlaqələrini təhqiq edir.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















