Avropa
Rumıniya Moldovanın ən böyük limanını satın aldı
Rumıniya Dunay çayında yerləşən Moldovanın Curculesti limanını satın alıb.
Publika.az xəbə verir ki, bu barədə Rumıniya hökumətinin saytında məlumat verilib.
Bəyanatda ölkənin ən böyük limanı olan Konstansanı idarə edən "Rumıniya Dəniz Limanları Administrasiyası" milli şirkəti tərəfindən beynəlxalq Curculesti limanının Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) alınması üzrə sövdələşmənin uğurla başa çatması alqışlanır.
Rumıniya hökuməti qeyd edib ki, bu sövdələşmə sayəsində Konstansa limanı regional haba çevrilmək hədəfi ilə Qara dənizdəki strateji rolunu möhkəmləndirəcək.
Rumıniya Dəniz Limanları Administrasiyası ötürücülük qabiliyyətini artırmaq, infrastrukturu müasirləşdirmək və limanın Qara dəniz regionu ilə Dunay hövzəsindəki əhəmiyyətini yüksəltmək üçün Curculesti limanının uzunmüddətli inkişafına investisiyalar yatırmaq niyyətindədir.
Buxarest tərəfindən vurğulanıb ki, bu investisiyalar nəticəsində limanın strateji rolu artacaq, onun əlverişli yerləşməsi isə "Ukraynanın gələcək bərpasına" kömək edəcək. Ümumilikdə isə limanın satın alınması Rumıniya və Moldova arasında iqtisadi və ticarət əlaqələrinin güclənməsinə xidmət edəcək. Aprelin 9-da məlum olmuşdu ki, Rumıniya hökuməti Curculesti limanının alınması üçün öz ehtiyat fondundan 281 milyon leydən (62 milyon dollar) çox vəsait ayırıb.
Curculesti limanı Prut və Dunay çaylarının qovuşduğu yerdə, Qara dənizdən 133 kilometr məsafədə yerləşir. O, 2006-cı ildə Kişinyovun Palanka sərhəd kəndi yaxınlığındakı avtomobil yolu sahəsinin əvəzində Kiyevdən 430 metrlik sahil zolağını almasından sonra tikilib. Moldovanın su yolu ilə həyata keçirilən ixrac-idxal daşımalarının 70%-dən çoxu bu limanın payına düşür. Bu obyekt ölkənin Dunay çayı vasitəsilə Qara dənizə çıxışını təmin edən yeganə limanıdır.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















