Avropa
Avropadan Rusiya ilə bağlı gözlənilməz qərar: Əsas qadağa paketdən çıxarıldı
Avropa Komissiyası Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketində gözlənilməz dəyişiklik edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, Komissiya sanksiyaların ilkin variantında əsas bənd sayılan Rusiya neftinin daşınmasına qoyulan qadağanı sənəddən çıxarmağı təklif edib.
Məlumata görə, Avropa Komissiyası bu addımı sanksiyaların daha sürətlə qəbul edilməsini təmin etmək məqsədilə atıb. "İxtisar edilmiş" və yumşaldılmış bu paket artıq təcili şəkildə müzakirə olunması üçün Avropa İttifaqının 27 ölkəsinin səfirlərinə təqdim edilib.
Slovakiya Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar paketini "dəstəkləməyə hazır olduğunu", lakin bunu yalnız "Drujba" neft kəməri işə düşəndən və ölkəyə Rusiya neftinin tədarükü bərpa olunandan sonra edəcəyini bildirib.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















