Avropa
Aİ 28 milyard dollar itirdi: Enerji böhranı Avropanı sarsıdır
ABŞ və İran arasında qarşıdurma fonunda yaranan enerji böhranı Avropa İttifaqı (Aİ) ölkələrinə 28 milyard dollar zərər vurub.
Publika.az CNN-ə istinadən xəbər verir ki, münaqişənin başlanmasından bəri Aİ ölkələri enerji daşıyıcılarının idxalına əlavə olaraq 24 milyard dollar xərcləyib. Bu xərclər yalnız qiymət artımı ilə bağlı olub və Avropa əlavə enerji əldə etməyib.
Enerji qiymətlərinin kəskin yüksəlməsi bir sıra sahələrə ciddi zərbə vurub. Avropa Komissiyası balıqçılıq sektorunu dəstəkləmək üçün “böhran mexanizmi” işə salmağa məcbur olub, çünki yanacaq xərclərinin artması bu sahədə gəlirliliyi əhəmiyyətli dərəcədə azaldıb.
Bununla yanaşı, Avropanın kimya sənayesində sifarişlərin azalması müşahidə olunur. Bu isə yaxın perspektivdə istehsalın dayandırılması və işçi ixtisarlarına səbəb ola bilər. Ekspertlər hesab edir ki, qarşıdurma davam edərsə, Aİ iqtisadiyyatı resessiya ilə üzləşə bilər.
Qeyd olunur ki, enerji böhranı 2026-cı ilin fevralından sonra güclənib və martda Hörmüz boğazının blokadası ilə daha da kəskinləşib. Hazırda münaqişə Aİ-yə gündəlik təxminən 600 milyon dollara başa gəlir və enerji qiymətlərinin artımı inflyasiyanı yüksəltməkdə davam edir.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















