Avropa
Londona iyulun sonunadək vaxt verildi
Mavriki hökuməti Çaqos arxipelaqının ölkənin nəzarətinə qaytarılması ilə bağlı Böyük Britaniya ilə aparılan danışıqların iyulun sonuna qədər yekunlaşacağına ümid edir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mavrikinin baş prokuroru Qevin Qlover bildirib ki, razılaşma ətrafında proses hələ də davam edir.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın etirazlarından sonra dayanmış müzakirələr fonunda Britaniya nümayəndələri yenidən fəallaşaraq Mavriki Baş naziri Navin Ramqulamla görüş keçiriblər. Bu, fasilədən sonra baş tutan ilk belə təmasdır.
Sözügedən razılaşmaya əsasən, Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Dieqo-Qarsiya adasında yerləşən ABŞ və Böyük Britaniyanın birgə hərbi bazasının fəaliyyətinin davam etdirilməsi planlaşdırılır.
Qlover qeyd edib ki, ABŞ administrasiyasının bu prosesə yaşıl işıq yandırıb-yandırmayacağı hələ də qeyri-müəyyəndir.
Onun sözlərinə görə, Mavriki tərəfi iyulun sonuna qədər gözləmək niyyətindədir: “Bu müddət ərzində vəziyyətə aydınlıq gəlməzsə, hökumət Böyük Britaniyadakı inkişaflardan asılı olaraq növbəti addımlarını müəyyən edəcək.”
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















