Avropa
Avropa İttifaqından Kiyevə ağır şərt: 90 milyard avronu almaq üçün bunu etməlidirlər
Avropa İttifaqı Şurası Ukraynaya ayrılacaq 90 milyard avroluq nəhəng kredit paketi ilə bağlı mühüm açıqlama yayıb.
Publika.az xəbər verir ki, bu vəsaitin Kiyevə verilməsi bir sıra sərt tələblərin yerinə yetirilməsindən birbaşa asılıdır.
Dərc olunmuş rəsmi qaydalara əsasən, Ukrayna hökuməti demokratik institutların fəaliyyətini təmin etməli, çoxpartiyalı sistemi dəstəkləməli, qanunun aliliyini və insan hüquqlarını qorumalıdır. Sənəddə xüsusilə korrupsiya ilə mübarizənin vacibliyi vurğulanıb.
Lakin maliyyə yardımının ayrılmasında ən diqqətçəkən məqamlardan biri azlıqların hüquqlarına zəmanət verilməsi şərtidir. Maraqlıdır ki, sənəddə söhbətin konkret olaraq hansı azlıq qruplarından getdiyi dəqiqləşdirilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Ukraynada rusdilli əhalinin hüquqlarının pozulduğunu, xüsusilə rus dilindən istifadəyə görə məsuliyyət tədbirlərinin sərtləşdirildiyini iddia edirdi.
Müəllif: Adəm
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















