Avropa
Trampın qəzəbi: ABŞ bu ölkəni cəzalandırmaq üçün plan hazırlayıb
Pentaqon daxilindəki yazışmalarda İran əməliyyatlarını dəstəkləməyən NATO ölkələrinə qarşı cəzalandırıcı addımların nəzərdən keçirildiyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Adı açıqlanmayan mənbənin sözlərinə görə, daxili elektron məktubda bəzi müttəfiqlərin ABŞ-ın İranla müharibəsi üçün baza, hava məkanı və digər hərbi imkanlar təqdim etməkdən imtina etməsi və ya tərəddüd göstərməsi ilə bağlı narazılıq ifadə olunub.
Məlumata əsasən, müzakirə olunan variantlar arasında İspaniyanın NATO-dan çıxarılması və Böyük Britaniyanın Folklend adaları üzərindəki iddiasına ABŞ-ın mövqeyinin yenidən nəzərdən keçirilməsi kimi addımlar da var.
Pentaqonun mətbuat katibi Kinqsli Uilson məsələ ilə bağlı bildirib ki, ABŞ müttəfiqlərinə böyük dəstək göstərsə də, bəzi NATO ölkələri Vaşinqtonun yanında yer almayıb. O, bu mövzuda Donald Trampın da oxşar fikirlər səsləndirdiyini xatırladıb.

İspaniyanın baş naziri Pedro Sançez məsələ ilə bağlı açıqlamasında bildirib ki, hökumət rəsmi sənədlərə və dövlət mövqelərinə əsaslanır: “Biz elektron məktublara görə deyil, rəsmi sənədlərə və hökumətlərin mövqeyinə əsasən fəaliyyət göstəririk”.
Qeyd edək ki, ABŞ-ın İspaniyada iki mühüm hərbi bazası fəaliyyət göstərir. İspaniya bu bazaların İranla bağlı əməliyyatlarda istifadəsinə icazə vermədikdən sonra Tramp Madridlə ticarət əlaqələrini dayandırmaqla hədələyib.
Xəbərdə bildirilir ki, Böyük Britaniya, İspaniya, Fransa və digər bəzi ölkələr ABŞ-ın İrana qarşı əməliyyatlarını dəstəkləməyib və dəniz blokadasında iştirak etməyəcəklərini açıqlayıblar. Bu qərardan sonra ABŞ ilə NATO arasında münasibətlərdə gərginlik artıb.
ABŞ mediasında yayılan məlumatlara görə, Vaşinqton artıq bir müddətdir NATO ölkələrinə qarşı mümkün tədbirlər üzərində işləyir. Bu tədbirlər çərçivəsində Avropadakı ABŞ hərbi bazalarından birinin bağlanmasının da gündəmdə olduğu və bu ölkənin İspaniya və ya Almaniya ola biləcəyi qeyd olunur.
Müəllif: Akqabay
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















