Avropa
Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Avropada yaşayan Rusiya vətəndaşları ilə bağlı həyəcan təbili çalıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomat Avropa İttifaqı (Aİ) ölkələrində məskunlaşan ukraynalı radikal qrupların rusiyalılar haqqında gizli şəkildə şəxsi məlumatlar topladığını açıqlayıb.
Zaxarovanın sözlərinə görə, toplanan məlumatlar əsasında xüsusi "qara siyahılar" tərtib olunur. Bu siyahılarda Rusiya vətəndaşlarının fotoşəkilləri, ev ünvanları və digər konfidensial məlumatları internetdəki açıq resurslarda yerləşdirilir.
Diplomat qeyd edib ki, bu fəaliyyətin əsas məqsədi xaricdə yaşayan ruslara qarşı psixoloji təzyiq göstərmək, onları qorxutmaq və şantaj etməkdir.
Rusiya XİN rəsmisi bu hərəkətlərin birbaşa təhlükəsizlik təhdidi yaratdığını vurğulayıb: "Söhbət heç də zərərsiz sorğulardan getmir. Bu, Ukrayna iqtidarının xüsusi dəst-xəttidir. Onlar öz təcavüzkar siyasətlərini Avropa ərazisinə də yaymağa çalışırlar. Məqsəd bəllidir: şantaj və qorxu mühiti yaratmaq".
Zaxarova beynəlxalq birliyi bu faktlara reaksiya verməyə çağırıb. O, Moskvanın vəziyyəti diqqətlə izlədiyini və harada olmalarından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını qorumağa davam edəcəyini bildirib.
Müəllif: Adəm
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















