Avropa
Orbana yeni hökumətdə 2 YÜKSƏK VƏZİFƏ VERİLİR
Macarıstanın yeni xarici işlər naziri təyin olunacaq Anita Orban həm də hökumətdə Baş nazirin müavini postunu tutacaq.
Publika.az xəbər verir ki, bu barədə ölkənin gələcək baş naziri, "Tisa" partiyasının lideri Peter Madyar öz "X" hesabında məlumat yayıb.
Madyarın sözlərinə görə, Anita Orban xarici siyasət idarəsinə rəhbərlik etməklə yanaşı, baş nazirin müavini kimi geniş səlahiyyətlərə malik olacaq. Belə ki, Madyar ölkədə olmadığı vaxtlarda o, Nazirlər Kabinetinin iclaslarına sədrlik edə biləcək və rəsmi tədbirlərdə hökuməti təmsil edəcək.
Anita Orbanın mövqeyinin gücləndirilməsi Macarıstanın beynəlxalq danışıqlarındakı rolunu artırmaq məqsədi daşıyır. Hazırda o, Avropa İttifaqı tərəfindən bloklanmış təxminən 35 milyard avro məbləğində vəsaitin geri qaytarılması ilə bağlı Brüsseldə məsləhətləşmələr aparır. Bu vəsaitlər Viktor Orban hökuməti dövründə korrupsiya və hüququn aliliyi ilə bağlı ittihamlar səbəbindən dondurulmuşdu.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















